Xəbər lenti

Pənah Hüseyn: ”Sənədlərimizi təqdim etdik, lakin...”
Siyasət 16:18 10.07.2023

Pənah Hüseyn: ”Sənədlərimizi təqdim etdik, lakin...”

Azərbaycan Xalq Partiyası yeni qanunun tələblərinə dair reystr siyahısını Ədliyyə Nazirliyinə təqdim edib.
 
Bu barədə Qaynarinfo-ya partiyanın sədri Pənah Hüseyin məlumat verib. O bildirib ki, nazirliyə təqdim olunan siyahıda 5854 üzv var: 

"Lakin hələ bizə rəsmi cavab verilməyib. Gözləyirik, qarşıda bir ay vaxt var, görək nə cavab veriləcək”. 

Milli Dirçəliş Hərəkatı Partiyası sədri Fərəc Quliyev də Qaynarinfo-ya açıqlamasında bildirib ki, partiya qeydiyyatla bağlı sənədlərini Ədliyyə Nazirliyinə təqdim edib: 
 
"Yeni qanunun tələblərinə əsasən sənədləri nazirliyə təqdim etdik. Siyahında 10 mindən yuxarı üzvün imzası var”. 

Bahar Rüstəmli

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->