"Patruşev Cənubi Qafqazda təhlükəsizlik məsələlərini müzakirə etmək üçün gəlib".
Bunu Qaynarinfo-ya açıqlamasında təhlükəsizlik məsələləri üzrə ekspert Ərəstun Oruclu Rusiyanın Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev Bakıya səfərini şərh edərkən deyib.
Ərəstun Oruclu bildirib ki, Papruşevin Bakıya səfərinin səbəbi Qarabağdakı sülhməramlıların taleyi ilə bağlı ola bilər:
”Qarabağın dağlıq hissəsində baş verən son hadisələr fonunda faktiki olaraq Rusiya qoşunlarının orada qalmaq zərurəri itir. Görünür, Patruşev də bu məsələlərlə bağlı hansısa danışıqlar aparmağa gəlib. Ermənistan Rusiyadan uzaqlaşır. Bu fonda Rusiya da çalışır ki, Azərbaycanı öz tərəfdaşı kimi yanında saxlasın".
Həmsöhbətimizə görə, digər müzakirə predmeti Yaxın Şərqdə baş verən hadisələrlə bağlı ola bilər:
"Yaxın Şərqdə böyük müharibə təhlükəsi var. Kreml üçün də Azərbaycan Yaxın Şərqə keçid üçün ciddi əhəmiyyət daşıyan bir dəhlizdir. Patruşevin gəlişi əsasında mütləq mənada Rusiya Ukrayna məsələsi də mütləq mənada müzakirə olunub. Əsasən də postsovet məkanında təhlükəsizlik məsələləri danışıqların əsas predmeti olub. Səfər məhz sadaladığım bu məsələlərin müzakirəsinə həsr olunub".
Qeyd edək ki, Rusiyanın Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev Bakıya səfərə gəlib. Məlumata görə, Patruşev Bakıda iki ölkə arasında təhlükəsizlik üzrə məsləhətləşmələrdə iştirak edəcək.
Rüfət Sultan
Şərhlər