Xəbər lenti

Partiya sədrindən referendumla bağlı açıqlama:
Siyasət 17:24 18.10.2023

Partiya sədrindən referendumla bağlı açıqlama: "Bu fikirlər yeni deyil"

"Köklü islahatların hüququ bazası kimi konstitusion islahatların aparılması artıq zərurətdir".
 
Bunu Qaynarinfo-ya açıqlamasında Azərbaycan Xalq Partiyasının sədri Pənah Hüseyn yaxın aylarda Azərbaycanda referendumun keçiriləcəyi ilə bağlı səsləndirilən fikirləri şərh edərkən deyib. 

Sədr bildirib ki, referendum və Milli Məclisə yeni seçkilərin keçirilməsi ilə bağlı fikirlər yeni məsələ deyil: 



"Bir müddətdir ki, istər iqtidar, istərsə də müxalifət dairələrində bununla bağlı müzakirələr gedir. Referendum konstitusion dəyişikliklər tələb  edir. O cümlədən Milli Məclisin üzvlərinin sayının artırılması, proporsional seçki sisteminin bərpası, deputatların və bütövlükdə parlametinin səlahiyyətlərinin artırılması, yəni, "güclü parlament, güclü dövlət" formuluna nail olmaq lazımdır. Yerli idarəçiliklə bağlı dəyişiklər tələb edən islahatların gündəmə gətirilməsi, siyasi partiyaların rolunun artırılması, bunun üçün Konstitusiyada xüsusi bir müddəanın təsbiq edilməsinə ehtiyac var”. 

Pənah Hüseyn əlavə edib ki, Sosial Tədqiqatlar Mərkəzinin yaydığı, Milli Məclisin deputatı, mərkəzin rəhbəri Zahid Orucun məqaləsində bunların yer alması bu istiqamətdə atılacaq addımlarla bağlı ehtimalın yüksək olmasını göstərə bilər:

"Prinsipcə, Qarabağ məsələsi həll olunub. Bu, yeni bir mərhələyə keçidi şərtləndirən hadisələr, Xankəndi şəhərində bayrağın qaldırılmasından sonra daxildə köklü islahatların aparılması və haqqında danışılan məsələlərin də burada yer alması Azərbaycanın inkişafı üçün zəruridir”. 

Bahar Rüstəmli

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->