Xəbər lenti

Şoyqu və Kərim Vəliyev nə barədə danışıb? - Politoloq
Siyasət 17:03 16.09.2022

Şoyqu və Kərim Vəliyev nə barədə danışıb? - Politoloq

Sentyabrın 15-də Rusiyanın təşəbbüsü ilə bu ölkənin müdafiə naziri, ordu generalı Sergey Şoyqu ilə Azərbaycan Ordusunun Baş Qərargah rəisi, general-polkovnik Kərim Vəliyev arasında telefon danışığı olub. Rəsmi məlumatda qeyd olunur ki, tərəflər regiondakı hərbi-siyasi vəziyyət, Ermənistan silahlı qüvvələrinin törətdiyi təxribatlar və digər məsələləri müzakirə ediblər. 

Sərhəddə baş verən son olaylardan sonra Moskva Şoyqu ilə Vəliyevin telefon danışığını təşkil etməklə hansı mesajı verir?
 
Qaynarinfo-ya açıqlama verən politoloq Qabil Hüseynlinin fikrincə, Şoyqunun bu zəngi Moskvanın son prosesləri dəqiq öyrənmək istəyindən qaynaqlanır:



"Bir sıra xarici ölkələr Azərbaycan-Ermənistan sərhədində baş verən toqquşmaların anotomiyasını hələ də düzgün qəbul etmir və ya etmək istəmir. Bu müstəvidə Şoyqu Azərbaycann Baş Qərargah rəisinə zəng vurmaqla ilk mənbədən məlumat almaq istəyir. Yəqin ki, Ermənistan tərəfindən artıq müəyyən məlumatlar əldə ediblər. İndi də Azərbaycan tərəfdən məlumat almaqla baş verən prosesin müqayisəsini aparmağı düşünürlər. 

Bölgəyə həmçinin KTMT-nin missiyası da gələcək. Düşünürəm ki, Vəliyev ermənilərin provokasiya etdiyini, təxribatçı qrupların irimiqyaslı döyüş əməliyyatlarına səbəb olduğunu sübuta yetirib. Doğrudur, ermənilər qabağa keçərək dünya ictimaiyyətini müəyyən qədər çaşdırmağa nail olub. Atəşkəsi ilk pozan erməni tərəf olub, onların təxribatçı qrupları Azərbaycan postunun arxasına keçərək əsgərlərimizə xəyanətkarcasına atəş açıblar. Bundan sonra da döyüşün miqyası genişlənib. Artıq atəşkəs rejiminə əməl edilir, sərhəddə sakitlikdir. Bundan sonra  əsas diqqət sülhyaratma prosesinə yönəlməlidir”. 

Rüfət Sultan

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->