Macarıstanın baş naziri Viktor Orban Ukrayna prezidenti Volodimir Zelenskinin təqdim etdiyi qələbə planını dəstəkləmədiyini açıqlayıb.
Qaynarinfo xəbər verir ki, oktyabrın 18-də "Kossuth Radio"da verdiyi müsahibədə Orban bu planın "mənfi plan" olduğunu bildirib.
"Bu planla qələbə qazana bilməzsiniz”, - Orban əmindir.
O, həmçinin Macarıstan tərəfinin bu planı dəstəkləmədiyini, çünki bunun "Macarıstan üçün qələbə planı" olmadığını vurğulayıb.
Orban Macarıstanın müharibədə iştirak etmədiyini və gələcəkdə də iştirak etməyəcəyini qeyd edərək, Ukraynadakı münaqişənin sonuna çatmaq üçün hərbi tədbirlərlə mümkün olmadığını bir daha ifadə edib.
"Biz danışıqlar masasına oturmalıyıq", - Orbanın arzusuni bildirib.
Daha əvvəl, oktyabrın 17-də, Macarıstanın Baş naziri Facebook səhifəsində Ukrayna Prezidentinin açıqladığı qələbə planının "daha çox qorxuducu" olduğunu yazıb.
O, Avropa İttifaqını "mövcud strategiyanı dəyişməyə" çağırıb:
"Bu, daha çox müharibə, daha çox təhlükəli və uzaqmənzilli silah demək deyil. Müharibə strategiyasından sülh strategiyasına keçməliyik. Bizə atəşkəs və sülh danışıqları lazımdır!" - Orban əminliklə deyib.
Alpər
Şərhlər