Xəbər lenti

OPEC+ razılaşması Rusiyanın neft gəlirlərini təhdid edir
Dünya 23:16 17.03.2024

OPEC+ razılaşması Rusiyanın neft gəlirlərini təhdid edir

Neftin qiymətini yüksək saxlamağa çalışan OPEC+ üzvləri neft hasilatını daim azaltmaq məcburiyyətindədirlər. Lakin bundan təşmkilata daxil olmayan digər ölkələr, ilk növbədə şist layihələri ilə ABŞ fəal şəkildə istifadə edir. 

Qaynarinfo xəbər verir ki, bu barədə "RİA Novosti" yazıb.

OPEC+-in məlumatına görə, yanvarda Rusiya və Mərkəzi Asiyadan neft ixracı 2023-cü ilin yanvar ayı ilə müqayisədə 0,2%, Transneft boru kəmərləri sistemi ilə isə 4,6% azalıb. Eyni zamanda, Drujba neft kəməri ilə tədarük 22% azalıb.

"OPEC+-in məqsədi daha çox qazanc əldə etməkdir, lakin bu, ittifaqdan kənar ölkələrin əlinə keçir. Onlar situasiyadan istifadə edən, istehsalı genişləndirən və yeni güclər tətbiq edən azad atlılara bənzəyirlər", deyə Rusiya Milli Təhlükəsizlik Fondunun yanacaq-energetika kompleksi üzrə aparıcı eksperti İqor Yuşkov bildirib.

Analitiklər bildirirlər ki, ABŞ-ın şist sənayesi OPEC+ tərəfindən saxlanılan yüksək neft ixrac qiymətləri səbəbindən həcmləri artıra bilər. Bu, Rusiyanın büdcəni doldurmaq üçün zəruri olan enerji resurslarının satışından əldə etdiyi gəlirləri təhlükə altına qoyur.

Rusiya energetika nazirinin birinci müavini Pavel Sorokinin sözlərinə görə, OPEC+ sazişi sayəsində Rusiya 8 il ərzində təxminən 30 trilyon rubl əldə edib ki, bu da bu müddət ərzində sosial xərclərinin 2/3-ni ödəyib.

Aydın

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->