Neft İxrac Edən Ölkələr Təşkilatının (OPEC) xam neft hasilatı iyulda 234 min barel artaraq 28 milyon bareli keçib.
Qaynarinfo bu barədə OPEC-in Twitter hesabına istinadən xəbər
verir.
OPEC Katibliyinin məlumatına görə, təşkilatın iyul ayı hesabatında qurumun 13 üzvü iyunda 28 milyon 720 min barel xam neft hasil edib ki, bu da may ayı ilə müqayisədə 234 min barel çoxdur.
OPEC-in iyun ayı hesabatına görə, gündəlik 10 milyon 585 min barel neft hasilatı ilə Səudiyyə Ərəbistanı, 4 milyon 434 min barel gündəlik hasilatı ilə İraq və 3 milyon 83 min barel gündəlik hasilat ilə Birləşmiş Ərəb Əmirlikləri OPEC-in əsas istehsalçılarıdır.
M.Arif
Şərhlər