Xəbər lenti

Onlar karyeralarını gözləniləndən daha erkən bitirdilər, çünki... (SİYAHI)
İdman 22:19 28.07.2023

Onlar karyeralarını gözləniləndən daha erkən bitirdilər, çünki... (SİYAHI)

"Brayton”un futbolçusu Lars Dendonker 22 yaşında aktiv karyerasını bitirməli oldu. Düzdür, bir çoxları üçün təəccüblü görünə bilər. Ancaq bu ilk belə hal deyil. Dünya futbolunda bir çox məşhur ulduzlar var ki, müxtəlif səbəblərdən karyeralarını erkən bitirib. 

Qaynarinfo yaşıl sahələrlə gözləniləndən daha tez vidalaşan həmin futbolçuların siyahısını təqdim edir.

Mişel Platini (32)
 


Fransız futbolçu 1987-ci ildə "Yuventus"da oynayarkən 32 yaşında futbolla vidalaşdı. Üç dəfə "Qızıl top” mükafatını qazanan əfsanə bunun səbəbini matç zamanı performansını qeyri-kafi görməsi ilə izah edib. 

Erik Kantona (31)
 


Kantona 1997-ci ildə 31 yaşında olarkən futbolu tərk edib. "Mançester Yunayted"in əfsanəvi futbolçusu dostları ilə gəzmək və istədiyi şəkildə yeyib-içmək üçün futboldakı ambisiyalarının üzərindən xətt çəkdiyini bildirmişdi. 

Frank Raykard (32)
 


1995-ci ildə 32 yaşında "Ayaks”da karyerasını bitirdi. "Ayaks” və "Milan”da oynadığı müddətdə Avropada qazanmadığı kubok qalmayan Raykard 1993-cü ildə sabiq klubuna qayıdıb. Son mövsümündə o, "Ayaks"ın heyətində həm ölkə çempionatının qalibi olub, həm də Çempionlar Liqasını qazanıb və bundan sonra karyerasını bitirib. 

Andre Şürrle (29)
 


2020-ci ildə Dortmund "Borussiya”sında olarkən 29 yaşında vəfat etdi. 2014-cü ildə keçirilən dünya çempionatında Almaniya millisinə çempionluq gətirən gətirən qola assistentlik edən Şürrle artıq alqışlara ehtiyac duymadığını və bundan həzz almadığı üçün futbolu tərk etdiyini demişdi. 

Patrik Kluivert (31)
 


2008-ci ildə formasını geyindiyi "Lill”dən ayrıldıqdan sonra 31 yaşında karyerasını bitirdi. O, 18 yaşı olarkən Çempionlar Liqasının finalında vurduğu qolla "Ayaks”ı çempionluğa daşımışdı. "Milan" və "Barselona"da da çıxış etmiş Kluivert onu transfer etmək istəyən komanda olmadığı üçün futbolla vidalaşmışdı.

Zinəddin Zidan (34)
 
 

2006-cı ildə 34 yaşında karyerasını bitirdiyini elan edən əfsanənin son klubu Madrid "Real”ı oldu. Fransa millisinin sabiq üzvü 2006-cı ildə dünya çempionatının finalında Marko Materatsini baş zərbəsi ilə yerə sərən Zidanın bu hərəkəti futbol tarixinə düşmüşdü. O, ayrılığa səbəb kimi hörmətsizlik və imansızlığı göstərib.

Enok Mvepu (24)
 


"Brayton”nun keçmiş yarımmüdafiəçisi ürək xəstəliyinə görə karyerasını bitirib. O, 24 yaşında butslarını mismardan asmalı olub. 

Lars Dendonker (22)
 
 

Karyerasını 22 yaşında bitirən "Brayton” daha bir keçmiş üzvü bu addımının səbəbini ürək xəstəliyi ilə əlaqələndirmişdi.

Səbuhi Həsənov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->