Xəbər lenti

“Oğlum son nəfəsini verəndə iki söz dedi” (VİDEO)
Ölkə 10:17 03.06.2022

“Oğlum son nəfəsini verəndə iki söz dedi” (VİDEO)

"Məni darıxmağa qoymayan insanların təkidi ilə yenidən səhnəyə qayıtdım. İnanıram ki, güclü olacağam”.

Qaynarinfo xəbər verir ki, bu sözləri Xalq artisti Nazpəri Dostəliyeva "Həmin Zaur” verilişində deyib.

Ötən ilin martında 41 yaşlı oğlu Əlini itirən sənətkar sözlərinə belə davam edib: "Nə qədər şən olmaq istəsəm də, içimdəki yara mənə yol vermir. Yəqin ki, məni başa düşərsiniz. Əlinin özünə də dedim ki, qayıdacam səhnəyə. Əli də son nəfəsində mənə 2 söz dedi. Dedi ki, ana, haqqını halal et və səni sevənlərinin gözünü yolda qoyma. Əyilmə, sınma”.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->