Xəbər lenti

Oğlu Türkiyə klubuna keçən məşqçi: “İxtiyarım çatmır zəng edim”
İdman 10:33 06.07.2023

Oğlu Türkiyə klubuna keçən məşqçi: “İxtiyarım çatmır zəng edim”

Bir neçə gün öncə "Səbail”in futbolçusu Coşqun Diniyev Türkiyə klubu "Ürmaniyəspor”la müqavilə bağladı. Artıq Türkiyədə olan Diniyev komanda ilə birlikdə hazırlıqlara başlayıb.

Bu barədə Qaynarinfo-ya atası Şahin Diniyev məlumat verib. Təcrübəli mütəxəssis oğlunun qardaş ölkədəki durumu haqda fikirlərini bölüşüb:

"Coşqun "Ürmaniyəspor”dadır. Ayın 2-dən Türkiyədədir. Hazırda məşqləri davam edir, daim əlaqə saxlayırıq. Komanda iki gündür məşqlərə başlayıb”.

Yeni məşqçisinin Coşqun haqqında nə düşündüyü haqda sualı Diniyev belə cavablandırıb:

"Xeyr, əlaqə saxlamamışam. Meneceri deyiləm ki. Ümumiyyətlə, ixtiyarım çatmır onun məşqçisinə zəng edib nəsə soruşam”.

"Demişdim ki, Coşqunun təklifləri var, gözləyir. Həmin vaxt Coşqun millinin düşərgəsində idi. "Səbail” olaraq Coşqunu istədiyimizi deyirdim. Amma xaricdən olan təklifləri haqda düşünürdü. Danışıqlar gedirdi, alınamaya biləcəyini də düşünürdü. Bu üzdən müqaviləsinə belə bənd saldıq ki, xaricdən təklif gələrsə, klub futbolçunu buraxacaq. Bundan sonra "Səbail”lə müqavilə bağladı. Müqavilə alınmaya da bilərdi. Alındı və təklif gəldi. Əslində, iki təklifi vardı və ən yaxşısını seçdik. Orada futbolçunu elə-belə götürmürlər ki. Oyununu izləmişdilər. Bundan sonra dəvət etdilər”.

Səbuhi Həsənov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->