Xəzər Rayon Mənzil-Kommunal Təsərrüfat Birliyi (MKTB) parklarda quraşdırılacaq zibil qutularının və müxtəlif yaş qruplarının istifadəsi üçün nəzərdə tutulan oyun meydançalarının qurulmasının satın alınması bağlı tenderə yekun vurub.
Qaynarinfo xəbər verir ki, tenderin qalibi "Etnik Gələcək-2021" MMC seçilib. Şirkətin qiymət təklifi 246 431,2 manatdır.
"Etnik Gələcək-2021" MMC 22 dekabr 2022-ci il tarxidə qeydiyyata alınıb. Nizamnamə kapitalı 100 manatdır. Şirkətin qanuni təmsilçisi Əbilov Qabil İslam oğludur.
Açıq mənbələrdə şirkət və qanuni təmsilçisi haqqında heç bir məlumat yoxdur.
"Etnik Gələcək-2021" MMC əsasən dəftərxana ləvazimatlarının satışını həyata keçirir. Hər halda şirkətin qalib gəldiyi satınalma müsabiqələrinin əhəmiyyətli hissəsi dəftərxana ləvazimatlarının satın alınması ilə bağlı olub.
İndi məlum olur ki, şirkət eyni zamanda zibil qutuları və oyun qurğuları da quraşdırır.
Bu arada qeyd edək ki, şirkət əsasən MKTB-lərin keçiridyi tenderlərin qalibi olur.
Seyid
Şərhlər