Xəbər lenti

Öpüşü qalmaqala çevrilən prezidentin anası aclıq aksiyasına başlayıb (FOTO)
İdman 14:28 29.08.2023

Öpüşü qalmaqala çevrilən prezidentin anası aclıq aksiyasına başlayıb (FOTO)

Qadınlararası dünya çempionatının qalibi olan İspaniya millisinin üzvü Cenni Hermosonu öpməklə qalmaqala səbəb olan İspaniya Futbol Federasiyasının prezidenti Luis Rubialesin anası Anceles Bexar, özünü təcrid edib.

Qaynarinfo "Mirror"a istinadən xəbər verir ki, oğluna görə ədalət tələb edən Rubialesin anası ölməyə hazır olduğunu bildirib. 72 yaşlı Bexar Malaqa yaxınlığındakı Motril Kostadakı "Divina Pastora" kilsəsində 24 saatdan artıqdır ki, aclıq aksiyasına başlayıb. O, dini sığınacaqdan "WhatsApp" vasitəsilə yerli televeziyalardan birinə açıqlamasında, "Vücudum dözdüyü qədər burada qalacağam. Mən ədalət uğrunda ölməkdən çəkinmirəm, çünki oğlum layiqli insandır və onların etdikləri ədalətli deyil”.
 


Özünü kilsəyə qapadan Bexar qohumu Mari Karmen ilə birlikdə içəridə qalıb. Həkimi qeyri-adi etiraz müddətində Ancelesin səhhətini yoxlamaq üçün onu daha bir neçə dəfə ziyarət edəcəyini bildirib. Rubialesin anasının maye içdiyi düşünülür, kilsənin içində su və izotonik içkilərin olması onun daha bir neçə gün içəridə qala biləcəyi ilə bağlı fərziyyələr yaradıb. Qalmaqaldan sonra FİFA tərəfindən, müvəqqəti 90 gün müddətinə futboldan uzaqlaşdırılan Rubialesin harada olduğu bilinmir. O, təhlükəsizlik səbəbi ilə bələdiyyə stadionunda dostları ilə iştirak edəcəyi futbol matçının ləğvindən sonra, şənbə günü tətil üçün Motrilə gedib. Onun bəzi futbol yoldaşları ilə şəhərin kənarındakı bağ evində görüşdüyü deyilir, lakin dünyanı şoka salan qalmaqaldan sonra ictimaiyyət arasında görünmür. Bu axşam kilsədə kütləvi tədbir keçirilməsi planlaşdırılır və polisin Ancelesi aclıq aksiyasını dayandırmağa razı salması üçün oraya getməsi gözlənilir. Həmçinin Rubialesin tərəfdarları da etiraz aksiyasına başlayıblar və ədalət tələb edirlər. 

Madriddəki "Audiencia Nacional" məhkəməsinin dövlət ittihamçıları vəzifə səlahiyyətlərindən sui-istifadə və cinsi təcavüz iddiaları ilə futbol dünyasını sarsıdan öpüşmə ilə bağlı ilkin istintaqa başlayıb. Həmçinin onu öpməyə icazə vermədiyini israr edən futbolçuya, 46 yaşlı boşanmış üç uşaq atasına qarşı məhkəmə prosesinə qoşulmasını istəyiblər. İspaniya Futbol Federasiyasının regional liderləri Madriddə keçirilən fövqəladə iclasda Sidneydəki oyundan sonrakı bayram mərasimində Kraliça Letizia və onun yeniyetmə qızı Sofiyanın qarşısında üzr istəyən Rubialesi istefaya çağırıblar.

Bundan başqa İspaniyanın dünya çempionatını qazanan qadın komandasının bütün üzvləri Rubiales postunda qaldığı müddətdə beynəlxalq oyunlarda iştirak etməyəcəklərini bildiriblər.
 



Səbuhi Həsənov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->