Ölkənin dörd bir yanında qonşularına hər zaman uyğun qiymət və bol məhsul çeşidi ilə qapılarını açan "OBA” marketlər şəbəkəsinin müştərilərilə daim əlaqədə olmaq və onlara hər alış-verişdə yeni fürsətlər təqdim etmək üçün istifadəyə verdiyi "OBA Market” mobil tətbiqinin yüklənmə sayı 1 milyonu ötüb.
Belə ki, bu tətbiq vasitəsilə istifadəçilər "OBA” marketlər şəbəkəsində mövcud olan endirim və kampaniyalardan dərhal xəbərdar olur, həmçinin hər alış-verişdə tətbiqdən istifadə zamanı balanslarına keşbəklər toplayaraq büdcəyə qənaət edirlər.
Qeyd edək ki, tətbiqi yükləyənlərin avantajı bununla da bitmir! "OBA" marketlər şəbəkəsi "Biş-düş” layihəsi çərçivəsində yurdumuzun hər obasında "OBA Market" mobil tətbiqi olan və aktiv şəkildə istifadə edən təsadüfi müştərilərə 100 AZN dəyərində hədiyyə kartları təqdim edir.
"OBA Market” mobil tətbiqini Android və iOS əməliyyat sistemlərindən yükləmək mümkündür. Müştərilər mobil tətbiqi "Google Play Store” və "Apple App Store”da axtarış xanasına "OBA Market” sözünü yazaraq yükləyə bilərlər.
"OBA” marketlər şəbəkəsi hər zaman müştərilərini yaxın və qənaətli qonşu market konsepsiyasına uyğun olaraq sevindirməyə davam edir.
Şərhlər