Xalqın yaxın və qənaətli qonşu marketi olan "OBA” marketlər şəbəkəsi "Biş-düş” layihəsi çərçivəsində ölkənin dörd bir yanında yaşayan qonşularının qonağı olmağa davam edir.
Layihə çərçivəsində alış-verişin qənaətli məkanı olaraq fəaliyyət göstərən "OBA” marketlər şəbəkəsi yurdumuzun hər obasında filiallarının qonşuluğunda yerləşən evlərə üz tutaraq sakinlərdən "OBA” marketə aid alış-veriş qəbzi və mobil tətbiqin onlarda olub-olmadığını soruşur. Qəbzi təqdim edən və tətbiqin öncədən aktiv olduğunu göstərən qonşularına püşkatma yolu ilə 100 AZN-ə qədər olan müxtəlif məbləğlərdə hədiyyə kartları təqdim edir. Əgər öncədən evdə alış-veriş qəbzi olmazsa, bu halda da qonşularını əliboş qoymur, onlarla yerindəcə kiçik yarışma təşkil etməklə qonağı olduğu hər ailəyə sevinc dolu gün bəxş edir.
May ayı ərzində Sumqayıt, Balaxanı və Qubada yaşayan qonşularının qapısını döyən "Biş-düş” layihəsinin komandası yay boyu Bakıətrafı, eləcə də, regionlarda yerləşən filiallarının qonşuluğundakı evlərə qonaq ola bilər.
"Biş-düş” layihəsinin qazananlarından olmaq fürsəti əldə etmək üçün, siz də yolunuzu alış-verişin qənaətli ünvanından salın.
DİQQƏT! Qaynarinfo.az-ın açıq materiallarının olduğu kimi surətini çıxarmaq, digər saytlara yerləşdirmək, yaymaq qadağandır. Qanunvericiliyə əsasən açıq materialların yalnız 1/3 hissəsindən istifadə etmək olar. Əks halda məsələ məhkəmə predmeti ola bilər!
Şərhlər