Xalqın yaxın qonşusu olan "OBA” marketlər şəbəkəsi Ramazan bayramı münasibətilə "Hər obada bayramdır” sosial layihəsi çərçivəsində Sumqayıtda yaşayan aztəminatlı ailələri sevindirdi. Hər obada bayram olsun, hər süfrə ruzi ilə dolsun deyə onlarla evin sevinci oldu.
Belə ki, sözügedən yardım aksiyası Güvən İctimai Birliyinin dəstəyi ilə Sumqayıt Gənclər Evinin nəzdində fəaliyyət göstərən Sumqayıt Qadın Resurs mərkəzinin himayəsində olan qadın və uşaqlar üçün həyata keçirilib. Aksiya çərçivəsində ailələrə gündəlik tələbat məhsullarından ibarət "Ramazan sovqatı” təqdim olunmasından əlavə, uşaqların xoş vaxt keçirməsi üçün hədiyyəli əyləncə proqramı təşkil olunub.
"OBA” marketlər şəbəkəsi illik sosial layihələri çərçivəsində bu tipli yardım kampaniyalarını mütəmadi olaraq paytaxt və regionlarda təşkil edir. Xatırladaq ki, bundan öncəki sosial layihə 2024-cü ilin mart ayında Beynəlxalq Daun Sindromu Günü münasibətilə Şirvan şəhərində həyata keçirilib.
Şərhlər