"Başlarında musiqi notu yox, cibində pul olanlar üçün oxuyurlar. Fəxr də edirlər ki, Moskva toylarına düşmüşəm".
Qaynarinfo axşam.az-a istinadən bildirir ki, bu sözləri Əməkdar artist Elza Seyidcahan "Tarixin bir günü" proqramında deyib. Müğənni Rusiyada toylarda oxuyan azərbaycanlı ifaçılardan danışıb.
O bildirib ki, "bayağı mahnı ifaçısı" kimi tanınanları musiqi savadı olmayanlar toya çağırır:
"Moskvadakılar yazıq olmasın. Buradan bir qaloşla gedib, bazarda meyvə satıb, indi pulları var. O demək deyil ki, musiqi bilir. Onlar Azərbaycan musiqisini ən aşağı səviyyədə bilənlərdir. Qara Qarayev vaxtında böyük mübarizə aparıb. Onun tənqid etməsindən hər zaman danışırlar. Qara Qarayev deyib ki, tənqidçiləri qızılaxtaranlara bənzədirəm. İndi tənqidçilərə canım qurban".
Şərhlər