ABŞ və Böyük Britaniyanın Yəməndə husilərə qarşı zərbələri Vaşinqtonun Yaxın Şərqdəki müxalifləri arasında qrupun nüfuzunu artırır.
Qaynarinfo xəbər verir ki, bu barədə Amerikanın "New York Times" qəzeti yazıb.
"Belə bir toqquşma ABŞ-ın regiondakı düşmənləri arasında onların nüfuzunu artırır, Yəmənin şimal-qərbində və ölkənin paytaxtında amansız idarəçiliyindən diqqəti yayındırır", deyə nəşr qeyd edib.
Bildirilir ki, husilər hadisələrin inkişafı nəticəsində ABŞ-la mübarizədən yalnız faydalanır.
"New York Times" qəzetinin yazdığına görə, Yəməndəki husi hədəflərini vurmaqla Vaşinqton həm husilərə, həm də onların iranlı himayədarlarına ABŞ-ın "Qırmızı dənizdə uzun müddətdir davam edən müdafiə mövqeyinə son qoyduğuna dair güclü mesaj göndərib.
Nəşr qeyd edir ki, hətta 150-dən çox dəqiq idarə olunan sursatdan istifadə etməklə 60-dan çox hədəfi raketlər və dronlarla vurduqdan sonra belə, husilərin hücum imkanlarının yalnız 20-30%-i zədələnib və ya məhv edilib.
Yanvarın 13-də ABŞ hərbçiləri Yəməndə Ənsar Allah hərəkatının hərbi komandanlığına tabe olan RLS-ə zərbələr endirib. Həmin gün ABŞ və Böyük Britaniya Yəmənin qərbindəki dəniz bazasına və onlarla digər husi hədəflərinə "Tomahawk" qanadlı raketləri və "Paveway IV" idarə olunan bombalarla zərbələr endirib.
Aydın
Şərhlər