Xəbər lenti

Növbəti dayanacaq:
Ölkə 18:27 25.11.2022

Növbəti dayanacaq: "Qərbi Zəngəzur" - Deputatdan açıqlama

"Metro stansiyalara adların verilməsi bir qayda olaraq Nazirlər Kabinetinin səlahiyyətinə daxil olan məsələdir”.

Bunu Qaynarinfo-ya açıqlamasında "Bakı Metropoliteni”nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov yeni tikilən metrolardan birinə "Şərqi Zəngəzur", o birinə isə "Qərbi Zəngəzur" adı verilməsi təklifinə münasibətində deyib. O bildirib ki, belə təkliflər bir başa ünvanına göndərilməlidir”.
 
Milli Məclisin deputatı Razi Nurullayev isə bu təklifi bəyəndiyini və dəstəklədiyini vurğulayıb:

"Məntiqli yanaşmadır. Bu baxımdan buna dəstək vermək olar. Əgər Ermənistan sülh müqaviləsini imzalasa, belə fəaliyyətin həyata keçirilməsində nöqsan görmürəm. Bunlar coğrafi adlardır. Bu gün, sabah da həyata keçə bilər. Burada Ermənistan, yaxud da onun əlaltıları nəsə siyasi məqsəd axtarsalar, onlara da cavab verməyə sözümüz olar. Ümumilikdə, bu təklifə müsbət baxıram. Məsələnin parlamentdə müzakirəyə çıxarılmasına ehtiyac yoxdur. Qərar hökumət səviyyəsində verilə bilər. "Bakı Metropoliteni”nin rəhbərliyi məsələni  hökumət qarşısında qaldıra bilər”.

Qeyd edək ki, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü Sahib Məmmədov hələ bir il öncə yeni tikilən metrolardan birinə "Şərqi Zəngəzur", o birinə isə "Qərbi Zəngəzur" adı verilməsi təklifi ilə çıxış edib:

""Şərqi Zəngəzur" stansiyasında elan verilir ki, növbəti dayanacaq: "Qərbi Zəngəzur"".

Bahar Rüstəmli

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->