Niyaməddin Musayevin mahnısını oxudu, gündəm oldu (VİDEO)
"Səs Azərbaycan: Doğma nəğmələr"in qalibi "Dərviş band” qrupu olub.
Qaynarinfo xəbər verir ki, finalda birincilik qazanan Zülfü Əsədzadə Xalq artisti Niyaməddin Musayevin "Dünya sənin, dünya mənim” mahnısını fərqli tərzdə ifa edib. Mahnı sosial media seqmentində paylaşılaraq maraqla qarşılanıb. İzləyicilərin çoxu mahnının yeni formatını da bəyəndiklərini bildiriblər.
Qeyd edək ki, Zülfü Xalq artisti Gülyaz Məmmədovanın tələbəsidir.
DİQQƏT! Qaynarinfo.az-ın açıq materiallarının olduğu kimi surətini çıxarmaq, digər saytlara yerləşdirmək, yaymaq qadağandır. Qanunvericiliyə əsasən açıq materialların yalnız 1/3 hissəsindən istifadə etmək olar. Əks halda məsələ məhkəmə predmeti ola bilər!
Şərhlər