Xalq artisti Niyaməddin Musayev sosial şəbəkələrdə polis tərəfindən saxlanması ilə bağlı yayılan görüntüyə aydınlıq gətirib.
Müğənni Qaynarinfo-ya açıqlamasında hüquq-mühafizə orqanlarına minnətdarlığını bildirib:
"Mən bulvara idmana gedirəm. Orada avtomobili saxlayanda 20 manat cərimə olunur. İkincisi, əgər telefonla xəbər edirsənsə, o zaman 20 manat deyil, 1 manat yazılır. Mən də telefonla müraciəti bilmirdim. Buna görə onlara müraciət etdim, onlar da mənə prosedurları başa saldı. Sağ olsunlar mənə kömək etdilər”.
Niyaməddin Musayev hər şeydən şou düzəldən insanlara mesaj ünvanlayıb:
"Şou yaradılar ki, cəmiyyəti çaşdırsınlar. Mənim əxlaqım düzdür, dövlətin qanunlarına riayət edirəm. Şəxsiyyətimə də hörmət edirəm”.
Bahar Rüstəmli
Şərhlər