Nigeriyanın Zamfara əyalətində silahlıların hücumu nəticəsində 34 nəfər həlak olub.
Qaynarinfo Anadolu Agentliyinə
istinadən xəbər verir ki, əyalətin yerli təhlükəsizlik rəsmisi İsmayıl Maqaji açıqlamasında silahlı şəxslərin Dan Qulbi qəsəbəsinə silahlı hücum təşkil etdiyini bildirib.
Maqaji hücumda 7-si əsgər olmaqla 34 nəfərin həyatını itirdiyini, çoxlu sayda yaralının olduğunu açıqlayıb.
Zamfara əyaləti artıq 5 ildir ki, silahlı dəstələrin hücumları ilə üzləşir.
Aydın
Şərhlər