Xəbər lenti

Niger xuntasının lideri iki dövlətə ölkəyə qoşun yeritməyə icazə verdi
Dünya 15:44 25.08.2023

Niger xuntasının lideri iki dövlətə ölkəyə qoşun yeritməyə icazə verdi

Nigerdə özünü xunta lideri elan edən Abdurahman Çiani silahlı qarşıdurma olacağı təqdirdə Burkina Faso və Mali ordularına ölkəyə daxil olmağa icazə verib.

Qaynarinfo xəbər verir ki, bu barədə "Reuters” məlumat yayıb

Nəşrin məlumatına görə, Malinin xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Abdoulaye Diop, eləcə də Burkina Fasonun xarici işlər naziri Olivia Ragnagnevende Ruamba öz qoşunlarını Niger ərazisinə göndərmək üçün bu icazə barədə məlumatlandırılıblar.

Xatırladaq ki, iyulun 26-da Niger Prezident Qvardiyasının üzvləri prezident Məhəmməd Bazumu girov götürərək onun iqamətgahına girişi bağlayıblar. Daha sonra onlar Bazum hökumətini devirdikləri, sərhədləri bağladıqları və komendant saatı tətbiq etdikləri barədə bəyanat veriblər.

İki gün sonra prezident qvardiyasının rəhbəri Əbdürrəhman Çiani özünü Nigerin yeni lideri elan edib. 

Nizami Bağırov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->