Niderlandın müdafiə naziri Ruben Brekelmans bildirib ki, Ukrayna Rusiya ərazisinin dərinliklərindəki hədəflərə zərbələr endirmək üçün ölkəsinin verdiyi silahlardan istifadə edə bilər. Onun sözlərinə görə, F-16 qırıcılarının da istifadə məsafəsi ilə bağlı heç bir məhdudiyyəti yoxdur.
Qaynarinfo xəbər verir ki, Brekelmans bu barədə "Frankfurter Allgemeine Zeitung” nəşrinə müsahibəsində
bildirib.
"Bəli, Ukrayna beynəlxalq hüquq normalarına uyğun olaraq Rusiya ərazisində silahlarımızdan özünümüdafiə üçün istifadə edə bilər. Kiyevin özünümüdafiə hüququ var. Və əgər bir ölkə sərhəd bölgələrindən və ya Rusiya aerodromlarından hücuma məruz qalırsa, hərbi hədəfləri vura bilər. Eyni şey düşmən raketlərinə də aiddir - onlar da Rusiya ərazisi üzərindən silahlarımızla vurula bilər", deyə nazir qeyd edib.
Eyni zamanda, Brekelmans belə bir beynəlxalq hüququn "məsafə ilə məhdudlaşmadığını" vurğulayıb.
"Beynəlxalq hüquq məsafə ilə məhdudlaşmır. Özünümüdafiə hüququ sərhəddən 100 kilometr uzaqda bitmir. Biz Ukraynaya qarşı heç bir əməliyyat məsafəsi məhdudiyyəti qoymamışıq", deyə Niderlandın müdafiə naziri bildirib.
Brekelmans həmçinin qeyd edib ki, bu, Niderlandın təqdim etdiyi F-16 döyüş təyyarələrinə də aiddir.
Xatırladaq ki, sentyabrın 6-da Niderlandın müdafiə naziri cümə günü, sentyabrın 6-da Ukraynanın Müdafiəsi üzrə Təmas Qrupunun (Ramştayn) iclası zamanı Kiyev üçün yeni yardım paketini açıqlayıb.
Brekelmansın dediyi kimi, onun ölkəsi Ukraynanı "Ukrayna hava məkanını” qorumaq məqsədilə Kiyevə F-16-ların təminatıı üçün avadanlıq, hava-hava raketləri ilə təmin edəcək.
Niderland Müdafiə Nazirliyi təhlükəsizlik baxımından Ukraynaya yardım paketinin təfərrüatlarını açıqlamayıb.
Nizami Bağırov
Şərhlər