Niderland maliyyə institutlarında Rusiyanın aktivləri bildiriləndən xeyli azdır. Yanvarda Niderland parlamenti dondurulmuş Rusiya aktivlərinin ümumi məbləğinin 660 milyon avro olacağını açıqlasa da, iyulun 1-nə olan məlumata görə yalnız 97,2 milyon avro dondurulub.
Qaynarinfo xəbər verir ki, bu barədə yerli "De Telegraaf” nəşri Niderland xarici işlər naziri Kaspar Veldkamın parlamentə göndərdiyi sənədlərə istinadən yerli
yazır.
Göründüyü kimi, Xarici İşlər Nazirliyinin razılığı ilə 560 milyon avrodan çox olan Rusiya aktivləri blokdan çıxarılıb, - "De Telegraaf” qeyd edir. Bu pulun əhəmiyyətli bir hissəsi, yəni 430 milyon avro iki şirkətə aiddir.
RTL yazır ki, bu təşkilatların sanksiya altında olan ümumi rusiyalı sahibi var. Şirkətlər rəsmi olaraq sahibindən uzaqlaşaraq hesabların blokdan çıxarılmasına nail olublar: onlar zəmanət veriblər ki, o, biznesə nəzarət etmir və bu pula çıxışı yoxdur. Aktivlərin blokdan çıxarılmasının lehinə digər arqument sanksiyalar siyahısında olmayan banklara olan borcların ödənilməsi zərurəti olub.
RTL-nin qeyd etdiyi kimi, 660 milyon avro Ukraynada tammiqyaslı müharibə başlayandan bəri Niderlandda dondurulmuş sanksiyalara məruz qalan rusiyalıları bütün aktivlərinin ümumi məbləğidir.
Aprelin əvvəlində məlum olub ki, İsveçrə 2023-cü il ərzində 290 milyon İsveçrə frankı (təxminən 318 milyon dollar) dəyərində Rusiya aktivlərini blokdan çıxarıb.
Nizami Bağırov
Şərhlər