Xəbər lenti

Netanyahuya həbs qərarı: Bayden BCM-ə qarşı sanksiyaları dəstəkləməyə hazırdır
Dünya 10:35 22.05.2024

Netanyahuya həbs qərarı: Bayden BCM-ə qarşı sanksiyaları dəstəkləməyə hazırdır

ABŞ prezidenti Co Baydenin administrasiyası Konqreslə Beynəlxalq Cinayət Məhkəməsinə qarşı mümkün sanksiyalar üzərində işləyəcək.

Qaynarinfo xəbər verir ki, "Financial Times"ın məlumatına görə, respublikaçı Cim Riş dövlət katibi Antoni Blinkendən BCM-nin müstəqil, qanuni demokratik məhkəmə sistemi olan ölkələrin işlərinə burnunu soxmasının qarşısını almaq məqsədi daşıyan qərarı dəstəkləyib-dəstəkməyəcəyini soruşub.

"Biz cavab tapmaq üçün sizinlə ikitərəfli əsasda işləmək istəyirik. Düşünürəm ki, [BCM-in] dərin qüsurlu qərarını həll etmək üçün müvafiq addımları nəzərdən keçirməliyik", - Blinken cavab verib.

Nəşr qeyd edir ki, dövlət katibinin ikitərəfli əməkdaşlığa açıq olması Vaşinqtonda İsrailin baş naziri Binyamin Netanyahu və müdafiə naziri Yoav Qallantın həbsinə orderlərin verilməsi ehtimalına qarşı qəzəbin səviyyəsini nümayiş etdirir.

Respublikaçılar hansı sanksiyaları nəzərdən keçirdiklərini açıqlamasalar da, rəsmilər onların BCM prokuroru Kərim Xan və istintaqda iştirak edən digərlərini hədəf alacaqlarını gözləyirlər. ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri Mayk Conson Beynəlxalq Cinayət Məhkəməsinə qarşı sanksiyalar tətbiq etməyə hazır olduğunu açıqlayıb.

Nəşr yazır ki, bununla yanaşı, demokratların mövqeyi o qədər də aydın deyil. Demokratik rəhbərlik məhkəməni tənqid etməklə yanaşı, sanksiyaların tətbiqindən də danışıb.

Mayın 20-də BCM-nin prokuroru Kərim Xan İsrailin baş naziri və müdafiə nazirinin həbsinə order verilməsini istəyib. Məhkəmə həmçinin HƏMAS-ın üç liderinin həbsinə order verməyi planlaşdırır.

İsrail prezidenti İsaak Hersoq bunu bütün dünyada terrorçuları cəsarətləndirən birtərəfli siyasi addım adlandırıb. Co Bayden İsraillə HƏMAS-ı eyniləşdirməməyə çağırıb.

Alpər

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->