Xəbər lenti

İdman 15:52 18.08.2023

"Neftçi" zədəli futbolçusu ilə bağlı açıqlama yaydı

Eddi İsrafilov 3-4 həftədən sonra fərdi məşqlərə başlayacaq

Qaynarinfo-nun məlumatına görə, bu barədə "Neftçi"nin mətbuat xidməti məlumat yayıb. Futbolçunun diz oynağında artroskopik olaraq meniskdə təmizlənmə əməliyyatı aparılıb. 31 yaşlı yarımmüdafiəçi 3-4 həftədən sonra fərdi məşqlərə başlayacaq.
 
İsrafilov bununla bağlı klubun rəsmi saytına açıqlama verib: "Uzun müddət menisk yırtığı ilə oynayırdım, amma daha ağrıya dözə bilmədim və meniskdə təmizlənmə əməliyyatı aparıldı. Zədələrim fərqli zədələr deyildi, həmişə eyni zədə olub, buna baxmayaraq, ağrıkəsicilərdən istifadə edərək oynamağa davam edirdim. Arzu edirəm ki, tezliklə bərpa olum və bu mövsümdə qarşımıza qoyulan məqsədlərə çatmaq üçün komandaya kömək edə bilim”.
 
Səbuhi Həsənov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->