"Neftçi" istefaya göndərməyə hazırlaşdığı baş məşqçisi Laurentsiu Regekampfa təzminat ödəməyəcək.
"Report" "romaniatv.net" saytına istinadən xəbər verir ki, tərəflər qarşılıqlı razılıq əsasında yolları ayırmaqla bağlı anlaşıblar.
İddiaya görə, rumıniyalı mütəxəssis əvvəlcə "ağ-qaralar"dan 100 000 avro təzminat tələb etsə də, sonradan fikrini dəyişib.
Daha əvvəl Laurentsiu Regekampfın Səudiyyə Ərəbistanı və Qətərdən təkliflər aldığı bildirilib.
Qeyd edək ki, Laurentsiu Regekampfın "Neftçi” ilə müqaviləsi 2024-cü ilin yayına qədərdir.
Şərhlər