"Neftçi"nin və millimizin üzvünün sağlamlıq durumu açıqlandı
Avro-2024-ün seçmə mərhələsi çərçivəsində martın 24-də keçirilmiş Avstriya – Azərbaycan matçında zədələnmiş futbolçu Eddi İsrafilovun sağlamlıq durumuna aydınlıq gəlib.
Qaynarinfo klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Eddi "Neftçi"nin sponsoru olan "Liv Bona Dea Hospital”da müayinədən keçib.
Bununla bağlı klubun baş həkimi Şaiq Zöhrablı klubun rəsmi saytına açıqlamasında bildirib: "Maqnit Rezonans Tomoqrafiya müayinəsindən sonra Eddi İsrafilovun sağ dizinin medial bağında birinci dərəcəli gərilmə var. Müalicəyə başlamışıq. Planlaşdırırıq ki, 10-14 günlük müalicə və fərdi hərəkətlərdən sonra komanda ilə məşqlərə başlaya biləcək”.
Səbuhi Həsənov
Şərhlər