Xəbər lenti

İdman 18:18 11.07.2022

"Neftçi"nin baş məşqçisi: "Nəticə məni qane etmədi"

"Neftçi"nin baş məşqçisi Laurentsiu Regekampf "Sivasspor”la oyunu şərh edib.

Qaynarinfo xəbər verir ki, mütəxəssis "Neftçi TV"yə açıqlamasında bunları söyləyib: 

"Oyundan razı qaldım, amma nəticə məni qane etmədi. Qol epizodlarını sağa-sola xərclədik. Son həftə bizim üçün ağır oldu. Ağır məşqlər keçdik. Hər oyunda A və B sistemi olur. Oyunçular hər iki sistemə hazır olmalıdır.  Bunların hamısını oyunda görə və yoxlaya bilirik. Çünki məşq prosesi zamanı o qədər də oyun stressi, rəqib olmur. Ona görə də bunu yoldaşlıq matçlarında yoxlamağa çalışırıq".

"Neftçi"nin üçüncü yoxlama matçı iyulun 14-nə planlaşdırılsa da rəqib və saat hələ məlum deyil. 

Səbuhi Həsənov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->