"Çətin oyun oldu. Güclü rəqibə qarşı oynayırdıq".
"Report" xəbər verir ki, bunu "Neftçi"nin baş məşqçisi Adrian Mutu "Qarabağ"a 0:2 hesabı ilə uduzduqları Premyer Liqanın IX tur oyunundan sonra mətbuat konfransında deyib.
44 yaşlı mütəxəssis futbolçularının meydanda əllərindən gələni etdiyini bildirib: "Qarabağ"ın çempionatdakı digər rəqiblərlə səviyyə fərqi var. Onlar avrokubokların qruplarına vəsiqə qazanmaqla bunu sübut edirlər. İki heyətləri və keyfiyyətli oyunçuları var".
Şərhlər