Xəbər lenti

Nazirlik Eldar Mahmudova məxsus olduğu deyilən şirkətə tender verdi
Ekonomiks 18:13 12.05.2023

Nazirlik Eldar Mahmudova məxsus olduğu deyilən şirkətə tender verdi

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN() mətbəə məhsulları və qovluqların satın alınması ilə bağlı tenderə yekun vurub. 

Qaynarinfo xəbər verir ki, tenderin qalibi "İndiqo” MMC olub. Nazirliklə şirkət arasında bağlanacaq müqavilənin maliyyə dəyəri 52 109, 04 AZN-dir. 

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarında "İndigo” MMC-nin 22 sentyabr 2004-cü ildə qeydiyyata alındığı göstərilir. Nizamnamə kapitalı 4 AZN olan şirkətin hüquqi ünvanı Bakı şəhəri Səbail rayonu, Rəsul Rza küçəsi, ev 5-də yerləşir. MMC-nin qanuni təmsilçisi Abdullayev Riad Fuad oğludur.

İddialara görə, "İndigo” MMC şirkətin 3 payçısı var. Onlardan biri məşhur rəssam Tahir Salahovun qohumu olan Salahov Tariel Aftandil oğludur. Digər payçı isə Cavid Babayevə məxsus "Halal" MMC-dir.

Şirkətin üçüncü payçısı isə ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Hərbi Əks-Kəşfiyyat Baş İdarəsinin sabiq rəisi, hazırda həbsdə olan general Nizami Şirinovdur. O, əvvəllər "Halal" MMC-də işləyib, daha sonra "İndigo" mətbəəsini yaradıb. Nizami Şirinovun "İndigo”nu yaratmasında Eldar Mahmudovun xüsusi dəstəyi olub. Bu baxımdan, şirkət həm də Eldar Mahmudovun hesab edilir.

2021-ci ildə şirkət ölüm hadisəsi ilə gündəmə gəlib. Mətbəənin Xəyyam Təhməzov adlı işçisi hidravlik pressin arasında qalması nəticəsində ölüb. 

Bu hadisə ilə bağlı yayılan məlumatlarda da "İndigo” MMC-nin keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudova və ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyində hərbi əks-kəşfiyyat idarəsinin rəisi olmuş general Nizami Şirinova məxsus olduğu qeyd edilib. 

Seyid

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->