Daxili işlər orqanlarında kadr dəyişikliyi olub.
Qaynarinfo oxu.az-a istinadən xəbər verir ki, bununla bağlı daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb.
Əmrə əsasən, polis polkovnik-leytenantı Nəbi Məmmədov Bərdə Rayon Polis Şöbəsinin şəxsi heyət üzrə köməkçisi təyin olunub.
O, bu təyinata qədər Cəlilabad Rayon Polis Şöbəsində çalışıb.
Şərhlər