Azərbaycan millisinin sabiq futbolçusu hazırda Rusiya "Ximki"sində çalışan Nazim Süleymanova yeni vəzifə verilib.
Qaynarinfo xəbər verir ki, bu barədə klubun rəsmi saytında məlumat yerləşdirilib. 58 yaşlı mütəxəssis "Ximki"nin əvəzedicilərinin baş məşqçisi təyin edilib. O, daha əvvəl "Ximki"nin U-19 komandasına rəhbərlik edirdi.
Süleymanov ötən ilin sentyabrından Rusiya klubunda çalışır.
Səbuhi Həsənov
Şərhlər