Xəbər lenti

NATO-Rusiya qarşıdurması baş verərsə, qalib kim olacaq? - Politoloq
Dünya 22:30 25.09.2024

NATO-Rusiya qarşıdurması baş verərsə, qalib kim olacaq? - Politoloq

"Moskvanın NATO ilə qarşıdurması Rusiyanın məhvi deməkdir".

Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Natiq Miri Ukrayna müharibəsi fonunda NATO ilə Rusiyanın birbaşa toqquşması baş verərsə, kimin üstün olacağına aydınlıq gətirərkən deyib.

Natiq Miri bildirib ki, NATO ilə Rusiyanın qüvvələr nisbəti ölçüyə gəlməz dərəcədə Şimali Atlantika blokunun xeyrinədir: 

NATO-ya daxil olan ölkələrin ümumdaxili məhsul, maliyyə imkanları və iqtisadiyyatı Rusiyanın həmin məqamlarla bağlı anoloji vəziyyətilə müqayisədə xeyli yüksəkdir. Müharibə uzun müddətli olduğu halda Rusiyanı çevrələyən NATO ölkələri birbaşa hərəkətə keçəcək. Bu zaman bütün iqtisadiyyat və maliyyə imkanları dövriyyəyə girəcək. Bunadn başqa, NATO üzvü olmayan ölkələr də var. Yaponiya, Avstraliya kimi ölkələr də Amerikanın müttəfiqi rolunda çıxış edir. Bu baş versə, birmənalı şəkildə Rusiya uduzacaq".



Ekspert qeyd edir ki, bu səbəblərdən Rusiya heç zaman NATO ilə birbaşa qarşıdurmaya getməyəcək:

"Doğrudur, bir sıra Kreml rəsmiləri NATO-ya üzv ölkələrə zərbə endirəcəklərilə bağlı bəzən boğazdan yuxarı açıqlamalar verirlər. Bu cür açıqlamalar Rusiya Təhlükəsizlik Şurası sədrinin müavini Medvedyevin sərxoş vaxtına düşür. Bunları NATO-da ciddi qəbul etmirlər. NATO üstəlik əvvəlki illərlə müqayisədə Ukrayna müharibəsi fonunda daha da güclənib. Onlar belə bir müharibəyə tam hazırdır. Rusiyanın məğlubedilməz ölkə olduğu barədə deyilənlər mifdir. Ukrayna ilə müharibə açıq şəkildə bunu göstərdi".

Qeyd edək ki, son zamanlar Ukrayna müharibəsinin Rusiya ilə NATO arasında birbaşa qarşıdurmaya çevriləcəyilə bağlı müxtəlif proqnozlar səslənir. Ən azından bir sıra ekspertlər bu ehtimalın artdığı qənaətindədirlər. Bu yaxınlarda Kreml rəsmiləri də bəyan etdilər ki, Qərb Ukraynaya Rusiya dərinliklərinə zərbələr endirməyə razılıq verərsə, Moskva ona cavab olaraq NATO ölkələrinin ərazilərinə zərbələr endirəcək. Aydın məsələdir ki, bu baş verərsə, NATO da adekvat olaraq Rusiyaya zərbə vuracaq. Bu isə həmin qüvvələr arasında birbaşa toqquşmalara gətirib çıxara bilər. 

Rüfət Sultan

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->