Xəbər lenti

NATO 25 ildən sonra ilk dəfə Rusiya ilə münasibətlərə yenidən baxa bilər -
Dünya 11:30 12.10.2024

NATO 25 ildən sonra ilk dəfə Rusiya ilə münasibətlərə yenidən baxa bilər - "Politico"

NATO-nun müdafiə nazirləri gələn həftə görüşəcək və Kremldən gələn təhlükəyə cavab olaraq alyansın onilliklər boyu davam edən Rusiya siyasətini yenidən nəzərdən keçirməyə başlayacaqlar.

Qaynarinfo "Politico"ya istinadən xəbər verir ki, NATO ilə Rusiya arasında münasibətlər Ukraynada genişmiqyaslı müharibə başlayandan sonra "dibə vurub". NATO Rusiyanı "müttəfiqlərin təhlükəsizliyinə ən əhəmiyyətli və birbaşa təhdid" adlandırıb. Kreml NATO-nun şərqə doğru genişlənməsinin ekzistensial təhlükə olduğunu iddia edir.

Lakin ton dəyişikliyinə baxmayaraq, NATO hələ də Rusiya ilə "Təməl Aktı"nı saxlayır. Bu, Sovet İttifaqının dağılmasından 6 il sonra, 1997-ci ildə imzalanmış və ümumi məqsəddən - "sabit, dinc və bölünməz Avropa qurmaq"dan bəhs edən sənəddir.

Rusiya-NATO Şurası - Soyuq müharibədən sonra təhlükəsizlik sahəsində əməkdaşlıq və birgə layihələr üçün yaradılan qurum - 2022-ci ildən bəri iclas keçirmir. Rusiya ilə münasibətlər bu illər ərzində durmadan pisləşib. ABŞ hökumətinin yüksək rütbəli rəsmisi deyib:

"NATO ölkələri hazırda Rusiya strategiyasının müxtəlif elementlərini təsvir etməyə və alyans daxilində müzakirələri irəlilətməyə çalışırlar ki, bu da bizi NATO-Rusiya təsis aktının gələcəyi kimi mövzulara aparır. Müttəfiqlərin konkret mövqeləri baxımından yeni bir strategiya hazırlamaq vaxtı çatıb".

Rəsminin sözlərinə görə, əsas diqqət NATO-nun 32 ölkəsinin rəyinin toplanmasına yönəldiyindən, hələlik yeni strategiyanın layihəsi yoxdur.

Qeyd olunur ki, NATO-nun Rusiya ilə münasibətlərdə yeni qaydalar toplusu yaratmaq üçün nə qədər irəli getməsi ilə bağlı fikir ayrılıqları var. NATO diplomatlarından birinin sözlərinə görə, Alyansın bəzi üzvləri çox aqressiv yeni strategiyanın Rusiyada sabitliyi pozacaq siqnala çevrilə biləcəyindən ehtiyat edirlər.

Bundan əlavə, Alyansın qalan hissəsinə qarşı çıxan, Kremllə əlaqələri davam etdirən və Rusiya ilə qarşılıqlı əlaqəni strateji əhəmiyyətli hesab edən iki NATO ölkəsi - Macarıstan və Slovakiya ilə bağlı sual var. 

Aydın

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->