"Şamaxı” heyətini formalaşdırmaq üçün çalışmalarını davam etdirir.
Bölgə təmsilçisindən verilən məlumata görə, komanda futbolçu Lubeni Haukonqonu heyətinə qatıb.
Namibiya millisinin üzvü olan mərkəz müdafiəçisi ilə bir illik müqavilə imzalanıb.
Lubeninin son klubu Cənubi Afrika Respublikasının "Cape Town Spurs” klubu olub.
Qeyd edək ki, 24 yaşlı futbolçu 2021-ci ildən Namibiya millisinə dəvət alır.
Şərhlər