Xəbər lenti

Musa Qurbanov: “Millidə əcnəbi məşqçilərin əleyhinə olmuşam”
İdman 14:35 22.11.2023

Musa Qurbanov: “Millidə əcnəbi məşqçilərin əleyhinə olmuşam”

AFFA millimizin baş məşqçisi Canni De Byazi ilə yolları ayırdı. İtalyan mütəxəssislə başa çatan müqavilə yenilənmədi. Qurum artıq yeni məşqçi axtarışlarına başlayıb, hətta bunun üçün işçi qrupu da yaradıb. Bəs millinin başına yenidən əcnəbi, yoxsa, yerli məşqçi gətirilməlidir?

Veteran futbolçu Musa Qurbanov Qaynarinfo-ya açıqlamasında bu sualı belə cavablandırıb:

"Bu barədə çox danışmaq istəməzdim. Onsuz da fikirlər səsləndirilir, deyənlər, sözlərini deyir. Hamı "döşəyir”, mənim danışmağımın nə mənası var? Həm də milliyə cavabdeh olan şəxslər var.
 
Ümumiyyətlə həmişə millidə əcnəbi məşqçilərin əleyhinə olmuşam. Bunu təkcə Azərbaycan üçün demirəm. Bunlar hamısı reklam xarakterlidir. Niyə yerlilərə güvənilməməsinin səbəbini AFFA-dan soruşmaq lazımdır. Yəqin ki, onlar daha yaxşı bilir”.

Səbuhi Həsənov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->