Yepiskop Konfransının prezidenti kardinal Matteo Zuppinin Kiyevə səfəri iyunun 5-6-da baş tutacaq. O, Rusiya-Ukrayna münaqişəsinin həlli üçün Roma Papası Fransiskin elçisi kimi Ukraynaya gələcək.
Qaynarinfo xəbər verir ki, bu barədə Müqəddəs Taxt-Tacın mətbuat xidmətindən məlumat
verilib.
"Bu səfərin əsas məqsədi ədalətli sülhə nail olmağın mümkün yolları barədə Ukrayna hakimiyyətini ətraflı dinləmək və gərginliyin azaldılmasına kömək edən humanitar jestlərə dəstək verməkdir", - bəyanatda deyilir.
Qeyd edək ki, mayın 18-də Vatikanın "İl Sismoqrafo” informasiya portalı Papanın Moskva və Kiyevin Vatikan versiyası ilə mümkün barışıq parametrlərini bölüşmək niyyətində olan xüsusi nümayəndələrini qəbul etmək təklifinə razılıq verdiyini bildirib. Pontifik dəfələrlə tərəfləri atəşkəsə çağırıb. Mayın 13-də görüş zamanı Roma Papası və Ukrayna Prezidenti Vladimir Zelenski onun təklif etdiyi "sülh formulu”nu müzakirə ediblər.
Nizami Bağırov
Şərhlər