Xəbər lenti

Müğənni metronun bir saat artıq işləməsi üçün 100 min dollar xərcləyib
Maqazin 12:30 07.08.2023

Müğənni metronun bir saat artıq işləməsi üçün 100 min dollar xərcləyib

Beyons Vaşinqton metrosunun iş vaxtını bir saat uzatmaq üçün 100 min dollar ödəyib. 

Qaynarinfo xəbər verir ki, bu barədə ABC7 yazır.

Müğənninin Vaşinqtondakı konserti əlverişsiz hava şəraiti səbəbindən iki saata yaxın təxirə salınıb. Konsert tamaşaçılarının evə metro ilə çatması üçün ifaçı əlavə olaraq metronun iş saatını ödəyib. 

Beyons hazırda Renessans Dünya Turundadır. Bu, amerikalı müğənninin oktyabrın 1-dək davam edəcək 9-cu konsert turudur.

Aydın

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->