Xəbər lenti

“Muğanbank”ın rəhbərliyində istefa: Sədr müavini bankı tərk etdi
Ekonomiks 12:24 05.09.2023

“Muğanbank”ın rəhbərliyində istefa: Sədr müavini bankı tərk etdi

Daha bir nəfər "Muğanbank”ın rəhbərliyindən kənarlaşıb. 

"Yeni Sabah”ın əldə etdiyi məlumata görə, idarə heyətinin sədr müavini Vüsal Göyüşov bankdan ayrılıb. 

Bununla da bankın idarə heyətinin tərkibi sədrlə birgə 5 nəfərdən 4-ə enib (sədr, 2 sədr müavini və 1 üzv). 

Qeyd edək ki, V.Göyüşov 2017-ci ildən bu vəzifədə çalışıb. Buna qədər isə bankın risklərin idarəedilməsi departamentinin direktoru olub. 

Xatırladaq ki, "Muğan Bank” 1992-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 137,5 milyon manatdır.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->