Xəbər lenti

Mübariz Qurbanlı Məşədi Dadaş məscidi ilə bağlı məsələyə münasibət bildirdi
Ölkə 11:00 10.05.2023

Mübariz Qurbanlı Məşədi Dadaş məscidi ilə bağlı məsələyə münasibət bildirdi

Yeni qanunlara görə, formalaşmış icma rəsmi olaraq yeni icma təsis olunana qədər səlahiyyətlidir.

Bunu APA-ya açıqlamasında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib. Onun sözlərinə görə, Məşədi Dadaş məscidinə rəsmi din xadimi təyin olunub və orada mərhum Hacı Şahinin vəfatından sonra dini ayinləri icra edən şəxs də yerində qalıb:

"Orada faktiki olaraq təyinat almış imam və əvvəlki iki nəfər var. Eyni zamanda da bu günlərdə iki nəfər qadın dini ayinlər icraçısı təyin etdik. Hazırda əvvəllər qeydiyyatdan keçmiş 11 nəfərlik icma və icma sədri də yerindədir. Yeni qanunlara görə, formalaşmış icma yeni icma təsis olunana qədər səlahiyyətlidir. İndiki qanuna görə icma sayının üzvləri 50 nəfər olmalıdır. Hələlik 50 nəfərlik icma formalaşana qədər əvvəlki icma hüquqi baxımdan səlahiyyətliliyi yerinə yetirir”, - deyə o qeyd edib.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->