Xəbər lenti

Mourinyo yenə cəzlandı:
İdman 13:33 30.06.2023

Mourinyo yenə cəzlandı: "Oyuna mikrofonla getmişdim"

A seriyası nəhəngi "Roma”nın baş məşqçisi Joze Mourinyo cəzadan xilas ola bilmir.

Qaynarinfo-nun məlumatına görə portuqaliyalı mütəxəssis daha bir hakimlik hadisəsinə görə cəzalandırılıb. Mayın 3-də "Monza" ilə heç-heçə oynayan (1:1) "Roma"nın baş məşqçisinin qəzəbinə səbəb hakim Daniel Çiffi olub. Mourinyo həmin matçda özünü qorumaq üçün mikrofon taxdığını, lakin bunun da faydasının olmadığını açıqlayıb.

Mourinyo Çiffi haqqında, "Mən axmaq deyiləm, bilirsən. Oyuna mikrofonla getmişdim. Hər şeyi qeyd etdim. Soyunub-geyinmə otağından çıxan andan qayıdana qədər özümü saxladım. 20-30 dəqiqə sona doğru danışmağı dayandırdım, çünki bilirdim ki, o, mənə hər şeyə görə qırmızı vərəqə verəcək. Ona şans vermədim, dedim yox, bəsdir. O, dəhşətlidir, heç kimlə insani bağı yoxdur, güzəştə getmir. 96 dəqiqə qaçan və yorulduğu üçün sürüşmə fəndi edən oyunçuya qırmızı vərəqə verir".

Mourinyo gələn mövsümün əvvəlində "Roma"nın ilk matçında ehtiyat oyunçular skamyasında olmayacaq, çünki o, 50 min avro cərimələnib. Həmçinin baş məşqçisi olduğu paytaxt klubu da oxşar maliyyə cəzası ilə üzləşib. Mourinyo 2022-23 mövsümündə üç qırmızı vərəqə aldıqdan sonra bir həftə ərzində iki dəfə cəzalandırılıb.

UEFA Avropa Liqasının finalında "Sevilya"ya uduzduqdan sonra olduqca əsəbi görünən Mourinyonu Premyer Liqa hakimi Entoni Teylorun ünvanına söyüş söydüyü üçün Avropa Liqasının dörd oyunundan kənarlaşdırıb.

Səbuhi Həsənov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->