Joze Mourinyo haqqında "Netflix”in çəkdiyi sənədli filmin təfərrüatları açıqlanıb.
Qaynarinfo-nun məluamtına görə, 2024-cü ilin əvvəlində, hələ "Roma”nın baş məşqçisi olarkən onun haqında sənədli film çəkildyi bildirilmişdi.
Mourinyo bunu özü də təsdiqləyib: "Sizə bir xəbər verim, "Netflix”də sənədli filmə başlayıram, yalnız orada maraqlı şeylər var. Filmi izlədikdən sonra biləcəksiniz ki, mən tamamilə dəliyəm. "Roma” ilə müqavilə imzalamamışdım, amma söz vermişdim. Sonra məni istəyən, verdiyim sözü geri götürtməyə çalışan başqa klub var idi. Ancaq ora getmədim. Sənədli filmə baxanda deyəcəksən ki, mən tam bir axmaq oyunçuyam. Prezidentim aldığım təkliflərdən xəbər tutdu. Arxamca başqa məşqçilərlə danışdığına inanmıram” - deyib.
Məşhur ingilis futbolçu Devid Bekhemlə bağlı çəkilən filmin prodüseri tərəfindən hazırlanan Mourinho' sənədli filmi 2025-ci ildə ekranlara çıxacaq. Artıq "Netflix" "X” sosial şəbəkəsi vasitəsilə bunu elan edib.
Səbuhi Həsənov
Şərhlər