Xəbər lenti

Mourinyo oyundan sonra hakimin üstünə hücum çəkdi:
İdman 12:52 01.06.2023

Mourinyo oyundan sonra hakimin üstünə hücum çəkdi: "Rədd olun!" (VİDEO)

Ötən gün Avroliqanın final matçında "Sevilya"ya penaltilərdə məğlub olan "Roma"nın baş məşqçisi Joze Mourinyo hakimlikdən şikayətlənib.

Qaynarinfo-nun məlumatına görə portuqaliyalı mütəxəssis hakimin ədalətsizlik etdiyini deyib. O, matçın ingilis hakimi Entoni Teylorun qərarlarına görə məğlub olduqlarını bildirib:

"Həqiqət budur ki, hamımız çox kədərlənirik. Ölü kimi yorğunuq. Bizə qarşı haqsızlıq edildiyini hiss edərək evə ölü kimi qayıdırıq. İspan kimi görünən hakimin rəhbərliyi altında gərgin, yorucu oyun oldu. Tez-tez sarı vərəqəsindən istifadə edirdi. Lamela ikinci "sarı"nı görməli olduğu halda hakim heç bir vərəqə göstərmədi və onun penaltini qola çevirməsi ədalətsizlikdir”.
 
Oyundan sonra hakimlər briqadası dayanacaqda maşınına minərkən Mourinyo onlara yaxınlaşaraq narazılığını sərt şəkildə bildirib. Mütəxəssis baş hakimə "İdarəçiliyin biabırçılıqdır! Biabırçılıq! Hətta Rossetti belə bunu penalti kimi qiymətləndirməzdi, amma sən penalti verdin. Rədd ol!" - ifadələrdən istifadə etmişdir.
 
Avroliqanın finalında baş tutan və əsas vaxtı 1:1 hesabı ilə yekunlaşan "Sevilya" - "Roma" matçının penaltilər seriyasında ispan klubu 4:1 hesablı qələbə qazanıb.
 


Səbuhi Həsənov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->