Xəbər lenti

“Molde”nin 3 futbolçusu “Qarabağ”la oyunu buraxa bilər
İdman 12:32 17.09.2023

“Molde”nin 3 futbolçusu “Qarabağ”la oyunu buraxa bilər

Norveçin "Molde” klubunun 3 futbolçusu Avropa Liqasının qrup mərhələsinin "Qarabağ”la oyununda meydana çıxmaya bilər.

Qaynarinfo Norveç mətbuatına istinadən xəbər verir ki, bunlar müdafiəçi Martin Linnes, yarımmüdafiəçilər Erlinq Knudtzon və Martin Ellinqsendir.

Knudtzon UEFA Çempionlar Liqasının pley-off mərhələsində Türkiyənin "Qalatasaray” klubu ilə keçirilən oyunda başından xəsarət alıb və həmin vaxtdan yaşıl meydanlardan uzaqdır. Linnes həmin qarşılaşmadan əvvəl topuğunun iki bağından zədə alıb. Ellinqsenin isə topuğunda ağrılar var. Onlardan sonuncunun "Qarabağ”la görüşdə iştirak etmək şansı nisbətən yüksək qiymətləndirilir.

Qeyd edək ki, sentyabrın 21-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək "Qarabağ” – "Molde” oyunu saat 20:45-də başlayacaq.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->