İspaniya "Real"ının xorvatiyalı ulduz futbolçusu Luka Modriç ölkəsinin "Dinamo" klubuna qayıda bilər.
Bu barədə Zaqreb təmsilçisinin İdarə Heyətinin sədri Vlatko Peras "İndex" nəşrinə müsahibəsində bildirib.
O, bunun gerçəkləşməsi üçün əllərindən gələni edəcəklərini söyləyib: "Onun müqaviləsinin son ilidir. Qışda mütləq Modriçə zəng edəcəyəm. Necə ola bilər ki, klub onu geri qaytarmaq istəməsin? Daim əlaqədə olduğumuzu deyə bilmərəm, amma ailə üzvlərini tanıyıram. Karyerasını bitirməmişdən əvvəl "Dinamo"da çıxış etməsi məntiqli olardı. Niyə də yox?"
Qeyd edək ki, Zaqreb klubunun yetirməsi olan Luka Modriç 2003-2008-ci illərdə əsas komandanın formasını geyinib. 2018-ci ildə "Qızıl top"u qazanan 38 yaşlı yarımmüdafiəçinin "Real" ilə müqaviləsinin müddəti 2024-cü ilin yayında başa çatacaq. "Dinamo"da Azərbaycan millisinin futbolçusu Mahir Emreli də çıxış edir.//report.az
Şərhlər