Xəbər lenti

Modriç formasını Türkiyə üçün bağışladı (FOTO)
İdman 15:59 28.02.2023

Modriç formasını Türkiyə üçün bağışladı (FOTO)

"Real"ın ulduzu Luka Modriç zəlzələ qurbanları üçün mənalı addım atıb.

Qaynarinfo-nun məlumatına görə Xorvatiya millisinin üzvü Qətərdə keçirilən DÇ-2022-də keçirdiyi ilk oyunda geyindiyi 10 nömrəli formanı Türkiyənin Zaqrebdəki səfirliyinə göndərib.

Səfir Yavuz Səlim Kıran sosial media hesabında "Modriçə təşəkkür edirəm. "Real" və Xorvatiya millisinin ulduz futbolçusu Qətər 2022 Dünya Kuboku qruplarının ilk matçında Mərakeşə qarşı geyindiyi formadan gələcək gəliri zəlzələdən zərərçəkənlərə bağışlamaq üçün səfirliyimizə təqdim etdi" - sözlərini paylaşıb.

Modriç videomüraciətində bu çətin anlarda dualarını və dəstəyini əsirgəməyib və türkiyənin yanında olduğunu bildirib.
 


Səbuhi Həsənov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->