Xəbər lenti

Misir Mərdanova nə olub? - Müalicəyə başladı (FOTO)
Ölkə 12:32 10.04.2024

Misir Mərdanova nə olub? - Müalicəyə başladı (FOTO)

Sabiq təhsil naziri Misir Mərdanov səhhətindəki problemlə əlaqədar müalicə almağa başlayıb.

Qaynarinfo xəbər verir ki, bu barədə eks-nazirin özü bildirib. O deyib ki, bayram tətili ilə bağlı fürsətdən istifadə etməyə çalışıb:

"Bayram günlərində həmkarlar təşkilatının göndərişi ilə Şıxov sanatoriyasında müalicə alıram. Onu da qeyd edim ki, burada yaradılmış şəraitdən çox məmnunam", deyə sabiq nazir bildirib.

Qeyd edək ki, fizika-riyaziyyat elmləri doktoru, professor Misir Mərdanov 1997-1998-ci illərdə Bakı Dövlət Universitetinin rektoru, 1998-2013-cü illərdə təhsil naziri olub. Sabiq nazir hazırda Elm və Təhsil Nazirliyi Riyaziyyat və Mexanika İnstitunun direktorudur.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->