Xəbər lenti

Millimizin sabiq futbolçuları iclas keçirdi,  yeni klub yaratdı
İdman 17:48 31.10.2023

Millimizin sabiq futbolçuları iclas keçirdi,  yeni klub yaratdı

Azərbaycan Minifutbol Federasiyasının(AMF) prezidenti Orxan Məmmədov milli komandanın sabiq futbolçuları ilə görüşüb.

Qaynarinfo-nun məlumatına görə, tədbirdə Əfran İsmayılov, Rəşad Sadiqov, Kamran Ağayev, Cavid Hüseynov, Rahid Əmirquliyev , Elvin Məmmədov, Ruslan Əmircanov, Cavid İmamverdiyev və Elhad Nəzirov kimi tanınmış simalar iştirak ediblər.

Prezident yığmamızın sabiq futbolçularının minifutbola maraq göstərməsindən məmnun olduğunu bildirib. Minifutbolun ölkəmizdəki inkişafından və kütləviliyindən danışan Məmmədov tədbir iştirakçıları ilə söhbətləşib və onların fikirlərini dinləyib.

Yekunda millinin sabiq futbolçularından ibarət "Xankəndi” komandasının yaradılmasına və minifutbol üzrə ölkə çempionatında iştirakına qərar verilib.

Səbuhi Həsənov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->