U-21 millimizin futbolçusu Məhəmməd Mustafa Yıldırım Türkiyədə klubunu dəyişib.
Qaynarinfo xəbər verir ki, o, "İstanbulspor"dan ayrılaraq "Çorum" komandasına keçib. Bu haqda klub rəsmi məlumat yayıb. 20 yaşlı hücumçu ilə 2,5 illik müqavilə imzalanıb. Yıldırım mövsümün ikinci yarısında komandanın formasını geyinəcək.
Yıldırım 2020-ci ildən Azərbaycanın U-21 yığmasında çıxış edir.
"İstanbulspor"la yanaşı "Pazarspor"un da formasını geyinmiş Yıldırım, 27 matçda 4 qola imza atıb.
Səbuhi Həsənov
Şərhlər